“Böyük klubdayam, ancaq daha böyük klublarda oynamaq istəyirəm”
“Sevilya”nın adı “Real”la hallanan futbolçusu Jul Kunde açıqlama verib.
Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan 22 yaşlı müdafiəçi, daha böyük klubda oynamaq istədiyini bildirib:
“Sevilya”ya keçidim oyunumu yaxşılaşdırmağım üçün yaxşı seçim oldu. Seçimimə görə peşman deyiləm. Böyük klubdayam, ancaq daha böyük klublarda oynamaq istəyirəm. Gələcəkdə nələrin baş verəcəyini görəcəyik”.
Kunde ilə İspaniyanın “Real”, İngiltərənin “Çelsi”, “Mançester Siti” və “Mançester Yunayted” klubları maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin