La Liqanı tərk edən klub baş məşqçisiz qaldı

İspaniyanın “Eybar” klubunun baş məşqçisi Xose Luis Mendilibar istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 60 yaşlı mütəxəssislə klub rəhbərliyinin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiyi diqqətə çatdırılıb. Buna komandanın son mövsümdə uğursuz çıxış etməsi və La Liqa ilə vidalaşması səbəb olub.

Qeyd edək ki, Mendilibar 2015/16 mövsümündən etibarən “Eybar”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda son mövsüm ölkə çempionatını 20-ci pillədə tamamlayıb və elitanı tərk edib. Geridə qalan altı il ərzində ispan mütəxəssis “Eybar”ı 248 matça çıxarıb. Komanda bu oyunlardan 76-sında qələbə qazanıb, 66 heç-heçəyə razılaşıb, 106 görüşdə də məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button