Paytaxt klubunda yeni baş məşqçi

Rusiyanın “Spartak” (Moskva) komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Ruy Vitoriya çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu postda Domeniko Tedeskonu əvəzləyən portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Rusiya mətbuatının iddiasına görə, 51 yaşlı mütəxəssis paytaxt klubunda köməkçiləri ilə birlikdə illik 3.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Ruy Vitoriyanın son komandası Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” olub. O, daha öncə ölkəsində “Pasuş de Ferreyra”, “Vitoriya Gimaraynş”, “Benfika” kimi komandaları da çalışdırıb. Təcrübəli mütəxəssis “Benfika” ilə iki dəfə Portuqaliya çempionu olub, eləcə də başqa titullar qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button