Balotelli üçün ayrılıq vaxtı

İtalyan hücumçu Mario Balotelli “Montsa” klubundan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” hesabında paylaşım edib. O, 30 yaşlı hücumçunun “Montsa” ilə müddəti bitən müqaviləsini yeniləməyəcəyini bildirib.

2020-ci ilin dekabrından B Seriyası təmsilçisində çıxış edən Balotelli 14 oyunda 6 qol vurub. Onun klubla müqaviləsi iyunun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button