“Mənimlə işləmək istəmirlərsə, bunu mənə deməlidirlər” – Kuman
“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın sonuncu – 38-ci turu çərçivəsində “Eybar”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kuman, klub rəhbərliyinin mövsümün sonlarına yaxın ona inanmadığını və dəstək olmadığını deyib:
“Mövsümün sonlarına yaxın klub rəhbərliyinin mənə olan güvənini və dəstəyini hiss etmədim. Gələcəyim haqda danışmamışıq. Nəticələrə görə şübhələrinin olduğunu bilirəm. Qazanmaq üçün dəyişikliklərə ehtiyac var. Mənimlə işləmək istəmirlərsə, bunu mənə deməlidirlər. Yerimə başqasını düşünürlərsə, problem deyil. Sadəcə, mənə bu haqda nəsə desinlər”.
Kumanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Kataloniya təmsilçisi La Liqada sona bir tur qalmış 3-cü sıradadır.
“Barselona” son tur çərçivəsində bu gün “Eybar”la səfərdə qarşılaşacaq. Oyun saat 20:00-da start götürəcək.
Bizi Facebook-da izləyin