Türk futbolçu Niderland klubu ilə müqavilə imzaladı

Son olaraq Türkiyənin “Qaziantep” klubunda çıxış edən Bilal Başacıkoğlu karyerasını Niderlandda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu “Herakles” klubuna keçib. Bu barədə Almelo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bilalla 2+1 şərti ilə müqavilə imzalanıb.

Türk futbolçu karyerası ərzində “Qaziantep”dən başqa, Niderlandda “Feyenoord”, “Herenven”, Türkiyədə isə “Trabzonspor”da çıxış edib.

Bilal Türkiyə yığmasına dəvət alsa da, hələ millidə debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button