Əliyevin komandası “Zenit”ə böyük hesabla uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 2020/21 mövsümünün sonuncu – 30-cu turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda çempionluğu bir neçə tur öncə rəsmiləşdirmiş “Zenit”lə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Tambov” mövsüm ərzində keçirdiyi 30 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pilləni tutub. Bununla da sözügedən komanda 22 xalla 15-ci olan “Rotor”la birgə elitanı tərk edib.

“Zenit” mövsümü 65 xalla zirvədə tamamlayıbsa, 57 xala malik Moskva “Spartak”ı ikinci olub. Paytaxtın digər təmsilçisi “Lokomotiv” isə 56 xalal üçüncü yeri tutub. 53 xalla 4-5-ci yerləri bölüşən “Rubin” və “Soçi” də avrokuboklarda oynamaq şansı qazanıb.

Premyer Liqada mövsümün bombardiri son turda müəyyənləşib. “Zenit”in hücumçusu Artyom Dzyuba “Tambov”la oyunda pokerə imza atmaqla cari mövsümdə vurduğu qolların sayını 17-yə çatdırıb. 33 yaşlı futbolçu iranlı komanda yoldaşı Serdar Azmunu geridə qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button