Koronavirusa yoluxan Hiddinkin xahişi: “Barselona”lıya müraciət
Futbol üzrə Kurasao milli komandasının baş məşqçisi Qus Hiddink koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Niderlandın “De Telegraaf” nəşri məlumat yayıb. 74 yaşlı mütəxəssisin bir müddət əvvəl koronavirus testi müsbət çıxıb və hazırda virusdan bərpa dövrü keçirir. Hiddink səhhətinin yaxşı olmamasına görə milliyə qarşıdakı oyunlarda rəhbərlik edə bilməyəcək.
Hiddink İspaniyanın “Barselona” klubunun akademiya direktoru Patrik Kluyvertdən onu millidəki işində əvəzləməsini xahiş edib. Hiddink Kluyvertə görə “Barselona” klubunun prezidenti Xuan Laportadan razılıq alıb.
Kurasao yığmasını DÇ-2022-nin seçmə mərhələsinin Britaniya Virgin adaları (5 iyun) və Qvatemala (8 iyun) ilə oyunlara Kluyvert çıxacaraq. Kluyvert 2015-2017-ci illərdə Kurasao millisinə başçılıq edib.
Hiddink 2020-ci ilin sentyabrından Kurasao yığmasını çalışdırır.
Bizi Facebook-da izləyin