“Mançester Yunayted”in keçmiş kapitanı karyerasını bitirdi
Ekvador milli komandasının və “Mançester Yunayted”in keçmiş kapitanı Antonio Valensiya karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə cinah oyunçusunun son ünvanı olan Meksikanın “Keretaro” klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Valensiyanın futbolçu karyerasını bitirdiyi qeyd olunub.
İspaniyada “Vilyarreal”, İngiltərədə “Mançester Yunayted”, “Viqan” kimi klublarda çıxış edən Valensiya, 2021-ci ilin yanvarından “Keretaro”da idi. 34 yaşlı futbolçu Ekvador yığmasında 98 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin