Xristian futbolçunun başdaşına “Ruhuna fatihə” yazdılar FOTO
Bir neçə ay əvvəl Türkiyənin Dənizli şəhərinin həvəskarlar liqasında keçirilən oyun zamanı həyatını itirən “Sarayköyspor”un nigeriyalı futbolçusu Ekundayo Ebenezer Mavoyekanın dəfni ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Komanda.az xəbər verir ki, mərhum futbolçu, ailəsinin istəyi ilə qeyri-müsəlman qəbiristanlığında, xristian adət-ənənələri ilə dəfn olunub. Amma dəfni həyata keçirən Dənizli bələdiyyəsinə bağlı qurum olan Qəbiristanlıqlar müdirliyinin işçiləri məzarın başındakı taxtaya “Ruhuna fatihə” yazaraq, böyük qalmaqala imza atıblar.
Onların niyə belə yazdığı məlum deyil. Qurumun üzvləri isə bu barədə açıqlama verməkdən imtina ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin