Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, buna Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi səbəb olub. Bu üzdən Premyer Liqa və birinci divizion yarışlarının müvafiq olaraq 25-ci və 24-cü turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin