“Tottenhem” istəyirdi, “Ayaks” müqaviləsini yenilədi
Niderlandın “Ayaks” klubu baş məşqçi Erik ten Haqla müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ten Haqla müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Daha əvvəl İngiltərənin “Tottenhem” klubunun Erik ten Haqla maraqlandığı bildirilirdi.
“Ayaks” Niderland Erediviziyasında 1-ci sıradadır. Komanda sona 4 tur qalmış ən yaxın izləyicisi PSV-ni 8 xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin