AL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Arsenal”dan (İngiltərə) Nikolya Pepe, “Mançester Yunayted”dən (İngiltərə) Bruno Fernandes və Edinson Kavani, “Vilyarreal”dan (İspaniya) Rau Albiol namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button