Quliyev “Spartak”da – RƏSMİ
Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi geri qaytarıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Lakin sözləşmənin detalları açıqlanmır.
Rusiya mətbuatının yazdığına görə, Quliyev Moskva təmsilçisində ilinə 1.2 milyon avro məvacib alacaq. “Spartak” mövsümün əvvəlində “Rostov”a satdığı köhnə-yeni futbolçusu üçün 1 milyon avro təzminat ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin