“Məqsədimiz başladığımız işi bitirməkdir” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan fransalı mütəxəssis, yaxşı müdafiə olunmalı olduqlarını bildirib:
“Mövsümün ən çətin oyunları olacaq. Çempionlar Liqası xüsusi turnirdir. Buna qədər bir çox vacib oyun keçirmişik. Məqsədimiz başladığımız işi bitirməkdir. Yaxşı müdafiə olunmalı və şanslar yaratmalıyıq. “Çelsi”yə problem yaratmaq üçün əlimizdən gələni edəcəyik.
“Çelsi” bu mövsüm yaxşı nəticələr əldə edib və yarımfinala gəlib. Onlar da bizim kimi burda oynamağa layiqdirlər. Çətin və fərqli oyun olacaq. Mövsümün bitməsinə az qalıb və sona qədər döyüşəcəyik”.
Bu gün keçiriləcək “Real” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin