“Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının heyətində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində Seneqal yığması ilə baş tutan ev matçında iştirak edib. Kanenin 90 dəqiqə meydanda olduğu görüş qvineyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 24-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button