“Bavariya”da xoşbəxt deyiləm” – Sançes
“Bavariya”nın futbolçusu Renato Sançes komandadan ayrılmaq niyyətindədir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə portuqaliyalı futbolçu özü açıqlamasında deyib:
“Bavariya”da xoşbəxt deyiləm. Çox çalışıram, ancaq oynaya bilmirəm. Daha çox oynamalıyam. Bəlkə də, bu, başqa klubda olacaq. Bu haqda düşünəcəm”.
2016-cı ildə 35 milyon avro qarşılığında “Benfika”dan transfer edilən Renatonun Münhen təmsilçisiylə 2021-ci ilə qədər müqaviləsi var. 21 yaşlı yarımmüdafiəçi bu mövsüm Bundesliqada 14 qarşılaşmada iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin