“Sassuolo”dan səfər qələbəsi

Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Spetsiya” autsayder “Krotone”ni sınağa çəkib və çətin qələbəyə sevinib. “Milan” səfərdə “Parma” ilə qarşılaşmadan inamlı qələbə ilə ayrılıb. “Udineze” isə doğma meydanda “Torino”ya minimal hesabla uduzub.

Turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib. Lider “İnter” bu turda doğma meydanda “Kalyari”ni sınağa çəkib və minimal hesabla üstün olub. “Yuventus” “Cenoa” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıbsa, “Napoli” də “Sampdoriya” ilə qarşılaşmada 2 cavabsız qola sevinib. Paytaxt təmsilçilərindn “Latsio” səfərdə “Verona”nı, “Roma” isə evdə “Bolonya”nı minimal hesabla üstələyib. Beş qolun qeydə alındığı “Fiorentina” – “Atalanta” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə bir görüş baş tutub. “Sassuolo” səfərdə “Benevento” ilə üz-üzə gəlib və qələbə qazanıb.

İtaliya A Seriyası, 30-cu tur

10 aprel

Spetsiya – Krotone 3:2
Qol
: Verde, 63. Maggiore, 89. Erliç, 90+2 – Djidji, 40. Simi, 78.

Parma – Milan 1:3
Qol
: Qaqlyolo, 66 – Rebiç, 8. Kessye, 44. Rafael Leao, 90+4.

Udineze – Torino 0:1
Qol
: Belotti, 61-pen.

11 aprel

İnter – Kalyari 1:0
Qol
: Darmian, 77.

Yuventus – Cenoa 3:1
Qol
: Kuluşevski, 4. Morata, 22. Makkenni, 70 – Skamakka, 49.

Sampdoriya – Napoli 0:2
Qol
: Ruis, 35. Osimhen, 87.

Verona – Latsio 0:1
Qol
: Milinkoviç-Saviç, 90+2.

Roma – Bolonya 1:0
Qol
: Mayoral, 44.

Fiorentina – Atalanta 2:3
Qol
: Vlahoviç, 57; 66 – Sapata, 13; 40. İliçiç, 70-pen.

12 aprel

Benevento – Sassuolo 0:1
Qol
: Barba, 45-öz qapısına.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 24 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button