Konte “İnter” rəhbərliyindən onu istədi
“Liverpul”un futbolçusu Corcinyo Veynaldum daha bir klubun maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, İtaliyanın “İnter” klubu niderlandlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in baş məşqçisi Antonio Kontenin rəhbərlikdən Veynaldumun transfer edilməsini istədiyi bildirilib.
“Liverpul”la müqaviləsi mövsümün sonuna qədər olan Veynaldumla İspaniyanın “Barselona” klubu da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin