“Liverpul”un zədəlisi sağaldı

“Liverpul”un zədəli futbolçusu Roberto Firmino sağalıb.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu artıq komanda ilə məşqlərə qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Firmino şans veriləcəyi təqdirdə, Premyer Liqanın 30-cu turunun “Arsenal”la matçında iştirak edə bilər.

Firmino martın 4-də keçirilən “Liverpul” – “Çelsi” matçında (0:1) zədələnmişdi.

“Arsenal” – “Liverpul” matçı aprelin 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button