Deviçin cəzası məlum oldu – “Keşlə” üçün 3 dəqiqənin hökmü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub: 

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Sabah” – “Sumqayıt” matçında  “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 29-cu dəqiqəsində “Sabah” klubunun futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Zirə” – “Keşlə” matçında  “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.      

Birinci divizionun 19-cu turunun “Neftçi-2” – “Sumqayıt-2” matçında “Neftçi-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 19-cu turunun “Qarabağ-2” – “Ağsu” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 19-cu turunun “Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 19-cu turunun “Qaradağ Lökbatan” – “Zirə” matçının 84-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Aqşin Muxtaroğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 19-cu turunun “Keşlə-2” – “Kəpəz” matçının ikinci hissəsi “Keşlə-2” klubunun səhlənkarlığı ucbatından 3 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunur.

Birinci divizionun 19-cu turunun MOİK – “Səbail-2” matçında MOİK komandasının xərək daşıyan uşaqlarının sayı əsanaməyə uyğun olmadığına görə, klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button