Millidə itki – “Liverpul”un futbolçusu sıradan çıxdı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Gürcüstan və Danimarka yığmaları ilə qarşılaşacaq İsveçrə millisinin heyətində itki baş verib.

Komanda.az xəbər verir ki, “Liverpul”un şərəfini qoruyan Xerdan Şakiri qasıq nahiyəsindən aldığı zədə səbəbilə martın 23-də Gürcüstanla, 3 gün sonra isə Danimarka milliləri ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək. Bu barədə məlumatı İsveçrə Futbol Federasiyasının rəsmi saytı yayıb.

Şakirinin martın 31-də “Liverpul”un “Tottenhem”lə Premyer Liqada keçirəcəyi oyuna kimi hazır olacağı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button