“Milan” futbolçusu ilə razılığa gələ bilmir

“Milan” klubu futbolçusu Canluici Donnarumma ilə yeni müqavilə danışıqlarını davam etdirir.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı qapıçı ilə razılığa gələ bilmir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Milan” Donnarummanı komandada saxlamaq istəyir, lakin koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə futbolçunun məvacibini artıra bilmir. Donnarumma “Milan”dan illik 10 milyon avro maaş tələb edir. “Qırmızı-qaralar” isə futbolçuya 8 milyon avrö ödəmək niyyətindədir.

Donnarummanın “Milan”la müqaviləsi mövsümün sonuna qədərdir. Qapıçının adı İngiltərənin “Çelsi” və Fransanın PSJ klubları ilə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button