Totti rəsmən menecerliyə başladı: İlk müştərisi “İnter”li oldu
İtaliya millisinin və “Roma”nın sabiq kapitanı Françesko Totti rəsmi olaraq menecerliyə başlayıb.
Komanda.az xəbər verir ki, Totti artıq agent kimi rəsmən qeydiyyatdan keçib. Bu barədə “Sky Sport İtalia” məlumat yayıb.
Tottinin ilk müştərisi “İnter”in gənc futbolçusu Simon Bonavita olub. 17 yaşlı yarımmüdafiəçi Tottinin “CT10 Managment” şirkətinin ilk müştərisi olub.
Totti 1992-2017-ci illərdə “Roma”nın şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin