“Heç-heçənin ədalətli nəticə olduğunu düşünmürəm” – Enrike
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike DÇ-2022-nin seçmə mərhələsində Yunanıstana qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Enrike, 1:1 hesabıyla bitən görüşü belə dəyərləndirib:
“Hər oyunun özünə görə çətinlikləri var. Yunanıstan yığması yaxşı müdafiə olundu. Heç-heçənin ədalətli nəticə olduğunu düşünmürəm. Qələbə qazansaydıq, daha ədalətli olardı. Oyunda əlimizə düşən imkanları dəyərləndirə bilmədik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin