Litva yığması Bakı səfəri öncəsi itki ilə üzləşdi

Futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Litva yığmasının heyətində dəyişiklik olub.

Komanda.az xəbər verir ki, müdafiəçi Valdemar Borovski zədələnib. Bu barədə Litva Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Riteryay”ın 34 yaşlı futbolçusu “Jalgiris”lə oyunda zədə alıb. Yığmanın baş məşqçisi Valdas Urbonas onu “Kauno Jalgiris”dən Egidius Vaytkunasla əvəzləyib.

Xatırladaq ki, martın 22-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacaq Litva yığması ayın 25-də Bakıda millimizin qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button