Meneceri açıqladı: Ya “Real”a, ya da “Çelsi”yə gedəcək
“İnter”in futbolçusu Mauro İkardinin həm həyat yoldaşı, həm də meneceri olan Vanda Nara, Argentina mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 25 yaşlı forvardın gələcəyiylə bağlı danışan Nara, argentinalı futbolçunun “İnter”dən ayrılacağının mesajını verib:
“İnter”dən aldığımız yeni müqavilə təklfini qəbul etmədik. İkardi “İnter”lə olan müqaviləsinin müddətini artırmayacaq. Karyerasını “Real”da, ya da “Çelsi”də davam etdirəcək”.
“İnter”lə 2021-ci ilin yayına qədər müqaviləsi ola İkardi, cari mövsümdə 22 qarşılaşmada iştirak edərək, 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin