İrqçiliyə məruz qalan futbolçu: “Gəlin, bu adamı məşhur edək”
İtaliyanın “Krotone” klubunun hücumçusu Simeon Nvankvo irqçiliyə məruz qalıb.
Komanda.az xəbər verir ki, bu barədə nigeriyalı hücumçu “instagram” hesabında paylaşım edib. O, A Seriyasının 28-ci turunun “Bolonya” ilə matçından sonra sosial şəbəkədə bir azarkeşin irqçi sözlərinə məruz qalıb. Nvankvo həmin azarkeşin yazışmalarını paylaşaraq, “gəlin, bu adamı məşhur edək” deyə, qeyd edib.
“Krotone” – “Bolonya” matçı qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb. Nvankvo sözügedən qarşılaşmada bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin