Mourinyo “Tottenhem”dən qovula bilər – 40 milyonluq təzminat
İngiltərənin “Tottenhem” klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayıra bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssisin işindən narazıdır. “Tottenhem”də artıq Mourinyonun əvəzinə baş məşqçi axtarışları başlayıb.
“Tottenhem” mövsümün sonunda Avropa Liqasına vəsiqə qazana bilməsə, Mourinyo ilə yollar ayrılacaq. London klubu 58 yaşlı mütəxəssisi vaxtından əvvəl komandadan göndərsə, ona 40 milyon avro təzminat ödəməli olacaq.
Mourinyonun “Tottenhem”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Londonlular Premyer Liqada 8-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin