“Əlimdə olsa, bütün futbolçularımı milli komandalara göndərərəm” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo futbolçularının milli komandalara getməsinə qarşı deyil.

Komanda.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özü açıqlama verib. O, lazım gələrsə, bütün futbolçularını yığmalara göndərə biləcəyini deyib:

“Əlimdə olsa, bütün futbolçularımı milli komandalara göndərərəm. Bu, qürur duyulacaq bir şeydir və komanda üçün də faydalıdır. Lakin seçim şansım olsa, sıx qrafikdə üç oyunun ardıcıl keçirilməsini istəməzdim”.

“Tottenhem” Premyer Liqada 8-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button