“Zaqatala” liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Qarabağ-2” “Sumqayıt-2” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə bitib. Günün digər matçında “Kəpəz” doğma meydanda “Keşlə-2″ni məğlub edib.

Bu gün daha iki qarşılaşma keçirilib. “Zaqatala” səfərdə “Turan Tovuz”u məğlub edərək, liderliyə yüksəlib. MOİK – “Qaradağ Lökbatan” matçında isə qalib müəyyənləşməyib.

Birinci divizion, 18-ci tur

18 mart

Qarabağ-2 – Sumqayıt-2 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Tərlan Talıbzadə, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00

Kəpəz – Keşlə-2 3:1
Qol:
Elcan Rəhimov, 31. Əli Səmədov, 57. Orxan Abdullayev, 90+3 – Bəşir Ayralov, 27.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu, 15:00

19 mart

Turan Tovuz – Zaqatala 1:3
Qol:
Ramin Süleymanov, 9 – Xəqani Sadıxov, 6. Xəlil Bəşirov, 46. Əsədulla Heydərov, 90+5.
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 14:00

MOİK – Qaradağ Lökbatan 0:0
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 15:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button