Elxan Məmmədovla Kamran Quliyev dövlətin tətbiq etdiyi qaydaları belə pozur FOTO

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun dünən müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb. Görüşdə “Neftçi”nin prezidenti Kamran Quliyev də iştirak edib.

Komanda.az xəbər verir ki, görüşdə futbolla bağlı fikir mübadiləsi aparan tərəflər xatirə şəkli də çəkdirib. Lakin şəkilə baxdıqda, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan açıq havada maska taxmaq və sosial məsafə qaydasının pozulduğu görünür. Belə ki, vitse-prezident və görüşün digər iştirakçıları nə maska taxıb, nə də sosial məsafə qaydasına riayət edib.

Son günlər ölkədə koronavirusa yoluxma sayının artdığı vaxtda Elxan Məmmədovun görüşü bu formada təşkil etməsi birbaşa qayda pozuntusudur və məsuliyyətə cəlb edilməlidirlər. Açıq havada nəinki toplu şəkildə, tək olarkən belə, insanlar maska taxmadıqları halda polislər tərəfindən saxlanılır və cərimə edilir. Buyurun, Elxan Məmmədovla Kamran Quliyevi də cərimələyin!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button