Elxan Məmmədov Hondayla görüşdü
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun dünən müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Görüşdə, futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb, Bakı Olimpiya Stadionunda 2019-cu ilin may ayında UEFA Avropa Liqası turnirinin final oyununun təşkil olunduğu, bu il isə AÇ-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.
“Neftçi” klubunun prezidenti Kamran Quliyev də görüşdə iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin