Keysuke Honda tibbi baxışdan keçdi

“Neftçi”nin yeni transferi Keysuke Honda tibbi baxışdan keçib.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Hondanın bu gün saat 17:00-da “Neftçi” ilə rəsmi müqavilə imzalama mərasimi keçiriləcək.

98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button