Evi qarət edildi, ailəsi girov götürüldü – Di Mariyanın
Fransa çempionatının 29-cu turu çərçivəsində keçirilən PSJ – “Nant” matçı zamanı meydan sahiblərinin futbolçuları Markinyos və Anxel Di Mariyanın evi qarət olunub.
Komanda.az xəbər verir ki, əvvəlcə Di Mariyanın evinin qarət olunması xəbəri gəlib. Belə ki, qarşılaşmanın ikinci hissəsində klubun idman direktoru Leonardo baş məşqçi Maurisio Poçettinoya Di Mariyanın evinin soyulması ilə bağlı məlumat verib. Argentinalı mütəxəssis qarşılaşmanın 62-ci dəqiqəsində həmyerlisini əvəzləyib. Di Mariya evdə olan ailəsinə görə narahatlıq keçirib və dərhal stadionu tərk edib.
“RMC Sport”un məlumatına görə, Di Mariyanın ailə üzvləri evdə olarkən cinayətkarlar mənzili qarət edib və onun ailəsini girov götürüblər. Bir müddət sonra futbolçunun ailəsi quldurlardan qurtulub və durumları yaxşıdır. Polis, hadisə ilə bağlı araşdırmaya başlayıb.
PSJ – “Nant” matçı zamanı parislilərin digər futbolçusu Markinyosun ana və atasının yaşadığı mənzil qarət olunub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Facebook-da izləyin