Haland Çempionlar Liqasında yeni rekorda imza atdı
“Borussiya” (Dortmund) Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Sevilya” ilə qollu bərabərə qalıb.
Komanda.az xəbər verir ki, 2:2 hesabıyla bitən matçda Dortmund təmsilçisinin hücumçusu Erlinq Haland yeni rekorda imza atıb. Belə ki, “Sevilya” ilə oyunda dubl edən Haland, Çempionlar Liqasında 20 qola ən tez (14 oyun) çatan futbolçu olub.
Bundan əvvəlki rekord “Tottenhem”in hücumçusu Harri Keyndə idi. İngilis hücumçu 20 qola 24 oyunda çatıb.
“Borussiya” iki oyunun nəticəsinə görə (ilk oyun 3:2, cavab oyunu 2:2) “Sevilya”nı mübarizədən kənarlaşdırıb və 1/4 final mərhələsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin