“Barselona”nın idman direktoru dəyişir? – yeni prezidentdən yeni namizəd
“Barselona” klubunun yeni prezidenti Xuan Laporta idman direktoru vəzifəsinə Mateu Alemaninin namizədliyini irəli sürüb.
Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Laporta, tezliklə Alemaninin namizədliyini müzakirə edəcəklərini bildirib:
“Alemaninin biliyini yüksək qiymətləndirirəm. Müasir futbol haqda çox məlumatlıdır. Tezliklə onun namizədliyini müzakirə edəcəyik”.
Alemani son olaraq “Valensiya” klubunda menecer kimi çalışıb. 58 yaşlı funksioner 2019-cu ilin noyabrından işsizdir.
“Barselona” klubunun hazırkı idman direktoru Ramon Planesdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin