“Vilyarreal”ın sabiq hücumçusu yoxa çıxdı – çayı keçmək istəyərkən

İspaniyanın “Vilyarreal” klubunun keçmiş futbolçusu Franko Akosta Uruqvayda çayı keçmək istəyərkən, yoxa çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Hadisə martın 6-da, gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisə bu barədə futbolçunun qardaşı məlumat verib.

Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin hərbi dəniz qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

Akosta 2020-ci ilin yayından Uruqvayın “Atenas” komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.

25 yaşlı futbolçu 2018-2020-ci illər aralığında “Vilyarreal”da çıxış edib. Hücumçu İspaniya klubunun B komandasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button