“Liverpul”un futbolçusunun atası göldə boğuldu
İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Bekkerin atası Joze Bekker vəfat edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı Bekker Braziliyadakı evinin yaxınlığındakı göldə üzərkən boğulub. Əvvəlcə itkin olaraq elan olunan Bekkerin cəsədi gecə tapılıb.
2018-ci ildən “Liverpul”da çıxış edən Alisson Bekker Braziliya yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin