“Brügge”nin 2 futbolçusu koronavirusa yoluxdu
Belçikanın “Brügge” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Brügge”də Şarl de Ketelar və Simon Minyolenin koronavirus testi müsbət çıxıb.
Hər iki futbolçu Avropa Liqasının 1/16 final mərhələsinin Kiyev “Dinamo”su ilə keçiriləcək cavab oyununda iştirak etməyəcək.
“Brügge” – “Dinamo” (Kiyev) matçı sabah saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin