“Simeonenin komandasında oynamaq asan deyil, onun ürəyi yoxdur”

“Atletiko”nun sabiq futbolçusu Filipe Luis açıqlama verib.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi, Madrid klubunun baş məşqçisi Dieqo Simeone ilə bağlı fikirlərini bildirib:

“İndi bir dost kimi Simeoneyə mesaj göndərə bilərəm. Lakin eyni komandada olanda bu proses çox stresli idi. Simeonenin komandasında oynamaq asan deyil, onun ürəyi yoxdur. O, heç vaxt sənə “yazıqdır, bunu ona etməyim” deməz. O, qazanmaq üçün nə qərar lazımdırsa, verməyə hazırdır”.

Filipe Luis 2010-2014 və 2015-2019-cu illər aralığında “Atletiko”da çıxış edib. Müdafiəçi hazırda Braziliyanın “Flamenqo” klubunun uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button