“Liverpul” “tarix” yazır
İngiltərə Premyer Liqasının 25-ci turunda doğma meydanda “Everton”a uduzan “Liverpul” yeni antirekorda imza atıb.
Komanda.az “Opta Sport”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 1923-cü ilin dekabrından bəri ilk dəfə Premyer Liqada ardıcıl 4 ev oyununda uduzur.
“Liverpul” həm də, 1928/29 mövsümündən bəri çempion olduqdan sonrakı mövsüm ərzində ardıcıl 4 Premyer Liqa oyununda məğlub olan ilk komandadır. Bu antirekord daha əvvəl “Everton” klubuna məxsus idi.
“Liverpul” – “Everton” matçı 0:2 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin