“Bavariya”da ciddi itki – mövsümü başa vurdu
Almaniyanın “Bavariya” klubunun və Fransa millisinin yarımmüdafiəçisi Korentin Tolisso uzun müddətə sıradan çıxıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqdə bud nahiyəsindən xəsarət alıb.
Fransalı oyunçu bu gün əməliyyat olunub. Onun 3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Tolissonun bu mövsümün qalan hissəsində oynamayacağı iddia olunur. Onun Fransa yığması ilə Avropa çempionatında iştirakı da sual altındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin