
Avropa Liqasında yeni rekord
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra yeni rekord qeydə alınıb.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, bu mərhələdə keçirilən 16 qarşılaşmada ümumilikdə 59 qol vurulub. Bu, turnirin Avropa Liqası adlandığı 2009/10 mövsümündən bəri pley-off mərhələlərindəki ən yüksək göstəricidir.
Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları 24 və 25 fevralda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



