“Yuventus” səfərdə, “Sevilya” evdə uduzdu
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Mərhələnin maraqla gözlənilən oyunu İspaniyada keçirilib. “Barselona” öz meydanında ötən mövsümün finalçısı PSJ-ni sınağa çəkib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.
Eyni saatda başlayan digər qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə keçirilib. “Leyptsiq” koronavirus səbəbiylə Almaniyaya gedə bilməyən “Liverpul”la üz-üzə gəlib. Bu oyun da qonaqların inamlı qələbəsiylə başa çatıb.
1/8 final mərhələsinin növbəti iki oyunu bu gün keçirilib. Portuqaliyanın “Portu” klubu doğma meydanda “Yuventus”u məğlub edib. İspaniya “Sevilya”sı isə Dortmund “Borussiya”sını qəbul edib. Məhsuldar qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
16 fevral
Leyptsiq (Almaniya) – Liverpul (İngiltərə) 0:2
Qol: Salah, 53. Mane, 58.
Barselona (İspaniya) – PSJ (Fransa) 1:4
Qol: Messi, 27-pen – Mbappe, 32; 65; 85. Kin, 70.
17 fevral
Sevilya (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 2:3
Qol: Suso, 7. De Yonq, 84 – Dahud, 19. Haland, 27; 43.
Portu (Portuqaliya) – Yuventus (İtaliya) 2:1
Qol: Taremi, 2. Mareqa, 46 – Kyeza, 83.
Bizi Facebook-da izləyin