ÇSKA milli komandanın bombardiri ilə gücləndi – rəsmi
Rusiyanın ÇSKA klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 31 yaşlı hücumçu Salomon Rondonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Venesuelalı futbolçu mövsümün sonuna qədər icarə əsasında ÇSKA-da çıxış edəcək. Rondon müqavilə ilə Çinin “Dalyan İfan” klubuna məxsusdur.
Hücumçu daha əvvəl Rusiyada “Rubin”, “Zenit”, İngiltərədə “Nyukasl”, “Vest Bromviç” kimi klublarda çıxış edib.
Venesuela yığmasında 83 oyuna 31 qol vuran Rondon milli komanda tarixinin bombardiridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin