21-ci əsrin ən yaxşı məşqçisi məlum oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ən yaxşı məşqçilərinin siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, siyahıya “Tottenhem”in baş məşqçisi Joze Mourinyo başçılıq edir. Portuqaliyalı mütəxəssis 2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun 226 xalı var.

Siyahının 2-ci sırasında Almaniya yığmasına rəhbərlik edən Yoahim Löv yer alıb. Alman çalışdırıcının 213 xalı var. 3-cü pillədə isə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson və “Mançester Siti”nin hazırkı çalışdırıcısı Xosep Qvardiola yer alıb. Hər iki məşqçinin 183 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button