“Real”ı Çempionlar Liqasından kənarlaşdırdı, dəyəri iki dəfə artdı
Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”ı mübarizədən kənarlaşdıraraq, bütün diqqətləri üzərinə çəkən “Ayaks”ın heyətinin dəyəri artıb.
Komanda.az xəbər verir ki, Hollandiya klubunun heyətinin ümumi dəyəri mövsümün əvvəlindən bu yana iki dəfə artıb. “Transfermarkt”ın nəticələrinə görə, “Ayaks”ın heyətinin dəyəri 419 milyon avrodur.
Mövsümün sonunda “Barselona”ya keçəcək Frenki de Yonq komandanın ən bahalı futbolçusudur. Onun dəyəri 15 milyon avro artıb. Onu David Neres (7 milyon), Onana (7 milyon) və Nikolas Taqlifiako (5 milyon) izləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin