“Yuventus”u məğlub edən tapıldı, Milan derbisində “İnter” sevindi
İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış oyununda “Fiorentina” “Kalyari” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Şənbə günü üç oyun baş tutub. Diqqət çəkən nəticələrdən biri səfərdə SPAL-la qarşılaşan “Roma”nın məğlubiyyətlə üzləşməsi olub. “Bolonya” “Torino” ilə səfər matçından çətin qələbə ilə ayrılıb. 8 qolun qeydə alındığı “Sassuolo” – “Sampdoriya” matçı da qonaqların qələbəsiylə başa çatıb.
Lider “Yuventus” isə “Cenoa” səfərinə yollanıb. Turin təmsilçisi bu oyunda cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.
28-ci turun mərkəzi görüşü Milan şəhərində keçirilib. “Milan” doğma azarkeşləri qarşısında “İnter”i qəbul edib. Beş qolun qeydə alındığı qarşılaşma “İnter”in qələbəsiylə yekunlaşıb.
İtaliya A Seriyası, 28-ci tur
15 mart
Kalyari – Fiorentina 2:1
Qol: J.Pedro, 52. Çeppitelli, 66 – Kyeza, 88.
16 mart
Sassuolo – Sampdoriya 3:5
Qol: Boqa, 38. Dunkan, 63. Babakar, 90 – Defrel, 15. Kvalyarella, 36. Linetti, 39. Praet, 46. Qabbyadini, 72.
SPAL – Roma 2:1
Qol: Fares, 22. Petanya, 60-pen – Perotti, 53-pen.
Torino – Bolonya 2:3
Qol: Pulqar, 6-öz qapısına. İzzo, 89 – Poli, 29. Pulqar, 34-pen. Orsolini, 65.
17 mart
Cenoa – Yuventus 2:0
Qol: Sturaro, 72. Pandev, 81.
Atalanta – Kyevo 1:1
Qol: İliçiç, 55 – Mecciorini, 32.
Empoli – Frozinone 2:1
Qol: Kaputo, 20. Payaç, 38 – Valzaniya, 70.
Latsio – Parma 4:1
Qol: Maruşiç, 22. L.Alberto, 26-pen; 38. Luliç, 44 – Sprokati, 77.
Napoli – Udineze 4:2
Qol: Yunes, 17. Kalyexon, 26. Milik, 57. Mertens, 69 – Lasanya, 30. Fofana, 36.
Milan – İnter 2:3
Qol: Bakayoko, 57. Musakkio, 71 – Vesino, 3. De Vrey, 51. L.Martines, 67-pen.
Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 21 qol.
Bizi Facebook-da izləyin