Levandovski ən yaxşı seçildi

Almaniyanın “Bavariya” və Meksikanın “Tiqres” klubları arasında keçirilən futbol üzrə klublararası dünya çempionatının ən yaxşı futbolçuları açıqlanıb.

Komanda.az xəbər verir ki, turnirin ən yaxşısı Münhen klubunun futbolçusu Robert Levandovski olub. İkinci yeri “Tiqres”in hücumçusu Andre-Pyer Jinyak tutub. Üçüncü yerdə isə “Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmix qərarlaşıb.

Turnirin Qətərdə keçirilən final matçının qalibi “Bavariya” olub. Almanlar rəqibini 1:0 hesabı ilə mığlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button